16:42 01-07-2020
news_image
175
FUTBOL

Yeni hücumçusunu Fransada tapdı - "Arsenal"

"Arsenal" hücumçu axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, London klubu "Lion"un forvardı Memfis Depaya elçi düşüb.

"Topçular"ın baş məşqçisi Mikel Arteta rəhbərlikdən 26 yaşlı oyunçunun alınmasını tələb edib. O, Niderland millisinin üzvünü komandadan ayrılmaq ehtimalı olan Pyerr-Emerik Obameyanq və Aleksander Lyakazettə layiqli əvəzləyici sayılır. Premyer Liqa təmsilçisi transferi reallaşdıracağına ümid edir. Çünki Depayın "Lion"la müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Memfis Depay 2019/20 mövsümündə 18 oyun keçirib, 14 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.