18:01 01-07-2020
news_image
117
FUTBOL

“Növbəti mövsümdə titulumuzu müdafiə etməyəcəyik” – Yurgen Klopp

“Biz titul qazanmaq istəyindən əl çəkməməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis tarixində ilk dəfə Premyer Liqanın çempionu olan mersisaydlıların gələcək iddiaları barədə danışıb. Ölkə çempionatlarındakı 30 illik həsrətə son qoyub 19-cu dəfə İngiltərə çempionu olan “Liverpul”un çalışdırıcısı maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb: “Liverpul” sadə, amma qələbələrə ac komanda kimi qalmalıdır. Bu, bizi rəqiblər üçün münasib olmayan kollektivə çevirəcək. Həyat həmişə sınaqdır. Bizim sınaq ondan ibarətdir ki, çempion olmalı və bizim nailiyyəti təkrarlamaq istəyənlərlə oynamalıyıq. “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” növbəti mövsümdə güclü olacaq. “Tottenhem”, “Arsenal” və “Lester” də sayıqlığı əldən vermir. Biz növbəti mövsümdə titulumuzu müdafiə etməyəcəyik, yenidən ona hücum çəkəcəyik”.