22:10 01-07-2020
news_image
339
FUTBOL

“Qarabağ”a qayıtdı - Donald Gerye

Haiti milli komandasının futbolçusu Donald Gerye “Qarabağ”a qayıtdığını təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, bunu 31 yaşlı müdafiəçinin özü açıqlayıb.

İnstaqram səhifəsində paylaşım edən Gerye “Qarabağ” formasında şəklinə şərh verib. Vaxtilə maliyyə məsələlərində “Qarabağ”la razılaşmayıb “Neftçi”yə yollanan haitili indi Ağdam təmsilçisini öz evinə bənzədib: “Evin sehri ondan ibarətdir ki, oradan gedəndə özünü yaxşı hiss edirsən, qayıdanda isə daha yaxşı. Mən qayıtdım... Anlaşma həll olundu”.

Qeyd edək ki, Donald 2017-19-cu illərdə “Qarabağ”da, 2019-20-ci illərdə “Neftçi”də oynayıb.