22:18 01-07-2020
news_image
149
FUTBOL

“Arsenal”da yeni rekordçu – Anrini kölgədə qoydu

İngiltərənin “Arsenal” klubunun futbolçusu Pyer-Emerik Obameyanq Premyer Liqada 50-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, qabonlu hücumçu “Norviç”lə bu gün keçirilən görüşdə yubiley topuna imza atıb.

O, 50-ci qolunu 79-cu matçında vurmağı bacarıb. Bu, “Arsenal”ın Premyer Liqadakı yeni rekordudur.

Obameyanq 50-yə 83-cü matçında çatan Tyerri Anrini arxada qoyub.

Qabonlu Premyer Liqa tarixində 6-cı nailiyyətə imza atıb. 50-ci qolunu ən tez vuran isə Endi Koul olub. O, 65-ci matçında 100-cü yarılayıb. Alan Şirer 66-cı, Ruud Van Nistelroy 68-ci, Fernando Torres və Məhəmməd Salah 72-ci dəfə meydana çıxmaqla yubiley qolunu vurub.