23:00 01-07-2020
news_image
95
FUTBOL

Təxirə salınan Avropa çempionatının vaxtı açıqlandı

Koronavirus pandemiyası üzündən təxirə salınan kayak və kanoelərdə sprint üzrə Avropa çempionatının vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançılarının da qatılmalı olduğu yarış bu il oktyabrın 15-18-də keçiriləcək.

Çempionata Rumıniya ev sahibliyi edəcək. Avropa Avarçəkmə Assosiasiyasının yarışları koronavirusa görə dayandırılmışdı. Fasilədən sonra ilk yarış sentyabrın 18-20-də slalom üzrə qitə çempionatı olacaq. Turnir Çexiyada təşkil olunacaq. Oktyabrın 1-4-də gənclər Polşada slalomda qüvvəsini sınayacaq.