09:20 02-07-2020
news_image
150
FUTBOL

"Onlarla birlikdə olmaq fürsətdir" - George Anton

"Aktiv həyat tərzinə alışdığınız zaman bütün gün məşq edirsiniz, fərqli fəaliyyətləriniz olur. Amma indi bütün günü evdə oturmaq məcburiyyətində qaldığımız üçün çox çətindir".

Apasport.az saytının məlumatına görə, bunu "Publika" nəşrinə açıqlamasında "Zirə"nin futbolçusu George Anton deyib.

Koronavirus pandemiyası səbəbindən ölkəmizdə qalan və gününün çoxunu evdə keçirən 27 yaşlı yarımmüdafiəçi bunun çətinliklərindən bəhs edib. O, gün ərzində iki saat vaxtının olduğunu və bunu idmanla dəyərləndirdiyini bildirib: "Həyat yoldaşım və qızımla birlikdə olmaq bir fürsətdir. Boş vaxtlarımda kitab oxuyuram. Gün ərzində evdən 2 saatlıq çıxmaq mümkündür. Onda da dostlarımla tennis, futbol tennisi, bir sözlə, müxtəlif oyunlar oynayırıq. Hər zaman hərəkətdəyik".

Moldovalı futbolçu "Zirə"nin 20-ci turdan sonra başa çatdırılan Premyer Liqada 5-ci yeri tutmasını da dəyərləndirib: "Yaxşı komandamız var. Avropa Liqasına vəsiqə qazanan 4-cü yerin sahibi ilə eyni sayda xal toplasaq da, top fərqinə görə, onlar avrokuboklara yollandılar".

Qeyd edək ki, George Antonun "Zirə" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.