10:04 02-07-2020
news_image
185
FUTBOL

Menecerini Barselonaya çağırdı - Qrizmann

"Barselona"da baş məşqçi Kike Setyenlə hücumçu Antuan Qrizmann arasında narazılıq böyüyür.

Apasport.az saytının məlumatına görə, çalışdırıcının La Liqanın ötən turunda "Atletiko" ilə qarşılaşmanın (2:2) 90-cı dəqiqəsində fransalı forvardı meydana buraxması qarşı tərəfdə ciddi narahatlıq doğurub.

Fransa millisinin üzvünün atası sosial şəbəkə vasitəsilə Setyeni qınayıb və tezliklə göndəriləcəyinə işarə vurub. Qrizmann isə menecerliyini edən bacısını rəhbərliklə görüşmək üçün Barselonaya çağırıb. Futbolçu özü klubda qalmaq niyyətindədir. Lakin onunla bağlı rəhbərliyin planlarını da öyrənmək fikrindədir.

Qeyd edək ki, Antuan Qrizmann cari mövsüm La Liqada 8 qola imza atıb.