10:55 02-07-2020
news_image
137
FUTBOL

Münhenə yollandı - "Bavariya"nın yeni transferi

"Mançester Siti"nin vingeri Leroy Sanenin karyerasını "Bavariya"da davam etdirəcəyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu bu gün Münhenə yola düşüb.

Almaniya millisinin üzvü yeni komandasının bazasına yollanaraq tibbi müayinədən keçəcək. Sanenin "Bavariya" ilə 5 illik müqavilə imzalaması gözlənilir. İngilislərin bu keçiddən 50 milyon avro qazanacağı deyilir.

Qeyd edək ki, Leroy Sane "Mançester Siti"yə 2016-cı ildə "Şalke"dən keçib.