11:59 02-07-2020
news_image
184
FUTBOL

A seriyasına doğru - Emeri

Cari mövsümdəki nəticələrdən narazı qalan "Fiorentina" baş məşqçi dəyişikliyini planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Florensiya təmsilçisi Cüzeppe Yakininin əvəzinə yeni çalışdırıcı axtarışına başlayıb.

A seriyası klubunun sükanı arxasına keçməyə ilk namizəd ispaniyalı Unay Emeridir. Ötən ilin sonunda "Arsenal"dan ayrılan və hazırda işsiz olan Emeri ilə danışıqlara start verilib. Rəhbərlik növbəti mövsüm komandanı "Valensiya", "Spartak", "Sevilya", PSJ kimi klublara rəhbərlik etmiş 49 yaşlı ispaniyalıya tapşırmaq fikrindədir.

Qeyd edək ki, A seriyasında 29 turdan sonra "Fiorentina" 13-cü pillədə qərarlaşır.