12:14 02-07-2020
news_image
349
FUTBOL

Gerye transferini açıqladı - "Qarabağ"

"Qarabağ" sabiq futbolçusu Vild-Donald Geryeni qaytardığını bəyan edib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi feysbuk səhifəsi vasitəsilə haitili müdafiəçinin şəklini paylaşıb.

Bununla Azərbaycan çempionu "Neftçi"dən ayrılan Geryenin komandaya qayıtdığını elan edib. Lakin müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, dünən Gerye özü də "Qarabağ"a döndüyünü sosial şəbəkə vasitəsilə yayıb.