13:33 02-07-2020
news_image
130
FUTBOL

Tiaqo Silva İngiltərə yolunda - Luizin məsləhəti ilə

Braziliyalı futbolçu Tiaqo Silva İngiltərəyə köçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, PSJ-dən ayrılan ulduz futbolçu "Arsenal"la danışıq aparır.

Hazırda azad agent statusu daşıyan 36 yaşlı mərkəz müdafiəçisi "topçular"dakı həmyerlisi David Luizin məsləhəti ilə klubun təklifini nəzərdən keçirir. Bir neçə Braziliya klubunun diqqət mərkəzində olmasına baxmayaraq, Silva hələ də Avropada oynamaq fikrindədir.

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən bəri PSJ-nin formasını geyinib.