14:44 02-07-2020
news_image
129
FUTBOL

"Çelsi"nin iki futbolçusunu istəyir - "Milan"

"Milan" "Çelsi"nin iki futbolçusuna maraq göstərir.

Apasport.az saytının məlumatına görə, "rossonyerlər" London klubunun iki cinah müdafiəçisini transfer etmək niyyətindədir.

Bunlar 25 yaşlı italiyalı Emerson Palmeyri və 29 yaşlı ispaniyalı Markos Alonsodur. "Çelsi" "Lester"in müdafiəçisi Ben Çiluelli heyətinə cəlb edə bilsə, o zaman Emersonla Alonsonun gedişinə razılıq verəcək. Adıçəkilən futbolçular həmçinin "Yuventus"un gündəmindədir.

Qeyd edək ki, hər iki müdafiəçi cari mövsüm 14 matçda iştirak edib.