14:55 02-07-2020
news_image
1554
FUTBOL

Xayme Romero və Miçel Azərbaycandan getdilər – şəxsi təyyarə ilə

“Qarabağ”ın yarımmüdafiəçiləri Xayme Romero və Miçel Azərbaycanı tərk ediblər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı legionerlər ölkəsinə yollanıblar.

Onlar paytaxtımızdan sifariş etdikləri şəxsi təyyarə ilə ayrılıblar. Romeronun həyat yoldaşı da İspaniyaya yollanıb. Prineyli futbolçuların dönüşü “Qarabağ”ın icazəsi ilə reallaşıb.

Futbolçuların Bakıya nə vaxt qayıdacağı dəqiq bilinmir. Bu, Ağdam klubunun hazırlıq planından asılı olacaq (sportinfo.az).