15:22 02-07-2020
news_image
156
FUTBOL

Qrizmanna təkliflər - İtaliya və İngiltərədən

"Barselona"nın hücumçusu Antuan Qrizmann komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü artıq iki təklif alıb.

Əsas heyətə düşməkdə çətinlik çəkən, baş məşqçi Kike Setyenin qərarları ilə razılaşmayan 29 yaşlı forvard "Arsenal" və "İnter"in maraq dairəsinə düşüb. Klubdakı durumundan narazı olan Qrizmann üçün İngiltərə və İtaliya klubu transfer danışığına başlayıb.

Qeyd edək ki, Antuan Qrizmann cari mövsüm La Liqada 8 qol, 4 assistlə yadda qalıb.