15:42 02-07-2020
news_image
307
DİGƏR NÖVLƏR

Koronavirusdan sağaldı - Cokoviç

Dünyanın ən güclü tennisçilərindən olan Novak Cokoviç koronavirus xəstəliyindən sağalıb.

Apasport.az saytının məlumatına görə, serbiyalı tennisçinin növbəti testi mənfi çıxıb.

Bir neçə gün əvvəl virusa yoluxan 33 yaşlı Cokoviç karantinə alınıb və müalicə olunub. Tennisçi bundan sonra da bir müddət təcrid vəziyyətində yaşayacaq.

Qeyd edək ki, Novak Cokoviç 17 dəfə "Böyük dəbilqə" turnirlərinin qalibi olub.