16:29 02-07-2020
news_image
169
FUTBOL

Zidanın istəyini qəbul etmədi - Peres

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Liverpul"un hücumçusu Sadio Manenin transfer olunmasını istəyib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis bununla bağlı rəhbərliyə müraciət edib.

Lakin "kral klubu"nun rəhbərliyi onun arzusunu qəbul etməyib. Klub prezidenti Florentino Peres gənc Vinisyus Juniora çox vaxt verilməsi və inkişaf etdirilməsi üçün Manenin keçidinə razı olmayıb. Eyni zamanda, koronavirus pandemiyasının yaratdığı maliyyə problemi səbəbindən ispanların Maneyə görə 150 milyon avro ödəmək fikri yoxdur.

Qeyd edək ki, Sadio Mane cari mövsüm Premyer Liqada 28 oyun keçirib, 15 qol vurub, 9 məhsuldar ötürmə verib.