16:52 02-07-2020
news_image
121
FUTBOL

Yeni müqaviləyə hazır olduğunu açıqladı - Obameyanq

"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq komandada qalmağa hazırdır.

Apasport.az saytının məlumatına görə, bunu Qabon millisinin üzvü özü açıqlayıb.

31 yaşlı forvard "Sun" nəşrinə açıqlamasında yeni müqaviləyə hazır olduğunu gizlətməyib: "Arsenal"la yeni müqavilə? Bu məsələni yaxın vaxtlarda klubla müzakirə etməyə hazıram. Hazırda diqqətimi yalnız oyunlara yönəltmişəm. Komandaya Mikel Arteta rəhbərlik etdiyi müddətdə düzgün istiqamətdə getdiyimizi görürəm".

Qeyd edək ki, Obameyanqın "Arsenal"la müqavilə müddəti gələn ilin yayına qədərdir.