17:38 02-07-2020
news_image
127
FUTBOL

Heyəti yenidən qurur - Qvardiola

"Mançester Siti" mövsümün sonunda heyətində köklü dəyişikliklər etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Pep Qvardiola kollektivi yenidən formalaşdırmaq niyyətindədir.

Bir neçə ildir komandada olan Leroy Sane artıq "Bavariya"ya keçib. Həmçinin David Silva mövsümün sonunda azad agent kimi klubu tərk edəcək. İspaniyalı mütəxəssis müqavilə müddəti gələn ilin yayına qədər olan yarımmüdafiəçi Fernandinyo və hücumçu Serxio Aqueronun satışına da qarşı deyil.

"Şəhərlilər"in transfer siyahısında isə Kalidu Kulibali ("Napoli"), David Alaba ("Bavariya") kimi oyunçular var.