23:18 02-07-2020
news_image
91
FUTBOL

Yenidən nəhənglərin diqqətində - Din

"Everton"un müdafiəçisi Luka Din yenidən nəhəng klubda çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, sabiq "Barselona"lı Premyer Liqanın güclü komandaları "Mançester Siti" və "Çelsi"nin maraq dairəsinə düşüb.

"Şəhərlilər" və "zadəganlar" üçün müdafiənin sol cinahına ilk namizəd "Lester"li Benjamin Çiluelldir. Lakin onun 83 milyon avroluq transfer qiymətini nəzərə alan adıçəkilən komandalar alternativ kimi Dini seçiblər. Hər iki klub artıq "Everton"a rəsmi müraciət edib.

Qeyd edək ki, Luka Din Liverpul təmsilçisinə 2018-ci ildə 20 milyon avro qarşılığında "Barselona"dan keçib.