00:07 03-07-2020
news_image
2620
FUTBOL

"Valensiya"nın məşqçisi oldu - sabiq "Qarabağ"lı

"Qarabağ"ın sabiq məşqçisi Ruben Selles ölkəsi İspaniyaya qayıdıb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı mütəxəssis doğulduğu Valensiya şəhərinin eyniadlı klubunda çalışacaq.

O, "Valensiya" Akademiyasında fəaliyyət göstərəcək. Akademiyanın strukturunda ciddi dəyişikliklər edən "yarasalar"da təyinatlardan biri də Selles olub. O, 2020/21 mövsümündə akademiyanın "Yuvenil B" komandasının birinci məşqçisi vəzifəsində işləyəcək.

Qeyd edək ki, Ruben Selles 2015-2017-ci illərdə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib. O, 2018-ci ilin yanvarında köməkçi məşqçi kimi təyin olunduğu Danimarkanın "Orxus" klubundan yenicə ayrılıb.