00:19 03-07-2020
news_image
80
FUTBOL

Eddi əvəzləndi, komandası məğlubiyyətdən qaçdı

İspaniya La Liqa2-də XXXVII turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" bu gün meydana çıxıb.

Adıçəkilən komanda elitaya vəsiqə qazanmağa çalışan "Alkorkon"u qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Start heyətinə meydana daxil olan Eddi 33-cü dəqiqədə sarı vərəqə alıb və fasilədən sonra əvəzlənib. İlk hissəni hesabda geridə tamamlayan "Albasete" bərabərlik topunu 57-ci dəqiqədə vurub.

Bu nəticədən sonra 18-ci pillədəki mövqeyini qoruyan "Albasete" xallarının sayını 44-ə çatdırıb.