00:24 03-07-2020
news_image
93
FUTBOL

Pley-offun ilk oyununda qolsuz bərabərlik - Almaniyada

Almaniya Bundesliqasına sonuncu vəsiqə uğrunda ilk pley-off oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, elitanı 16-cı pillədə başa vuran "Verder" Bundesliqa II-də 3-cü yeri tutan "Heydenheym"i qəbul edib.

Bremendəki görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu komandalar arasında cavab oyunu iyulun 6-da keçiriləcək.

Almaniya Bundesliqası
Elitaya vəsiqə uğrunda pley-off, ilk oyun
2 iyul

"Verder" - "Heydenheym" - 0:0