09:30 03-07-2020
news_image
171
FUTBOL

"Azərbaycandan təkliflərim var" - yamaykalı hücumçu

"Keşlə"nin sabiq hücumçusu Andre Klennon karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bunu 31 yaşlı forvard ölkəsi Yamayka mətbuatına açıqlamasında deyib.

Son olaraq vətənində "Humble" klubunda çıxış edən Klennon tezliklə danışığa başlayacağını deyib: "Yanvarda xaricdə oynamağa getməli idim. Uşaqlarımla bağlı gedə bilmədim. Sonra isə koronavirus pandemiyası ortaya çıxdı və ölkədə qalmalı oldum. Məqsədim daha əvvəl oynadığım Azərbaycana və ya Asiyanın hansısa ölkəsinə qayıtmaqdır. Çünki orada çox klub mənimlə maraqlanır".

Qeyd edək ki, Andre Klennon 2018-ci ilin yanvarından ötən ilin yayına qədər "Keşlə"də çıxış edib.