09:43 03-07-2020
news_image
65
FUTBOL

Antirekord - “Liverpul”dan

İngiltərə çempionu “Liverpul” son 22 ilin antirekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, Yurgen Kloppun yetirmələri Premyer Liqanın XXXII turunda “Mançester Siti”yə 0:4 hesabı ilə uduzub.

Bu, çempion titulunun sahibinin son 22 ildəki ən ağır məğlubiyyətidir. Sonuncu belə darmadağın 1998-ci il mayın 6-na təsadüf edib. Həmin vaxt qızıl medalları təmin edən “Arsenal” “Liverpul”dan 4 cavabsız qol buraxıb.