10:07 03-07-2020
news_image
103
FUTBOL

Tyaqo “Liverpul”a gedir – “Bavariya” istədiyini alsa

Almaniyanın “Bavariya” klubu futbolçusu Tyaqo Alkantara ilə müqaviləni uzada bilməyib.

Apasport.az saytının məlumatına görə, buna yarımmüdafiəçinin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyi səbəb olub.

29 yaşlı ispaniyalı “Liverpul”a keçə bilər. O, artıq mersisaydlılarla anlaşmağa yaxındır.

Alkantaranın “Bavariya” ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır. Bundesliqa çempionu oyunçusunu 35 milyon avroya satmağı planlaşdırır.

Bu məbləğ “Liverpul”u qane etmir. İngiltərə təmsilçisi ya qiyməti aşağı salınması, ya da hissə-hissə ödənməsi barədə razılığa ümid edir.