11:22 03-07-2020
news_image
293
FUTBOL

“Neftçi” və “Qarabağ”a təsəlli - “Liverpul”

İngiltərə Premyer Liqasının çempionu “Liverpul” qızıl medalları təmin etdikdən sonra böyük hesabla məğlub olub.

Apasport.az saytının məlumatına görə, belə hadisə Azərbaycan Premyer Liqası üçün də yad deyil.

Premyer Liqamızda iki dəfə qızıl medalları təmin edən komanda sonrakı turlarda darmadağınla üzləşib. İlk belə uğursuz “Neftçi” olub.

Paytaxt təmsilçisi 2010/11 mövsümündə Premyer Liqanın qalibi adını qazandıqdan sonrakı turlarda acınacaqlı hal yaşayıb. “Neftçi”ni “Qarabağ” 3:0 hesabı ilə məğlub edib.

Yeddi ildən sonra ağdamlıların özü də “soyuq duş”a düşüb. Çempionluq sevincini yaşayan “Qarabağ” “Keşlə” qarşısında aciz qalıb – 0:3.

Lakin hər iki Azərbaycan çempionunun üzləşdiyi böyükhesablı məğlubiyyət üç top fərqi ilə olub. “Liverpul” isə “Mançester Siti”dən 4 “sillə” yeyib. Bu səbəbdən də bizim çempionlar buna baxıb təsəlli tapa bilər.

Maraqlıdır ki, Azərbaycanda olduğu kimi, İngiltərədə də çempion kimi darmadağın olan son komandanın özü də vaxtilə qızıl medal sahibini məyus edib. Mersisaydlılar 22 il öncə “Arsenal”ın çempionluğunu 4 qolla “yuyub”.