12:27 03-07-2020
news_image
119
FUTBOL

Azərbaycandan ayrıldı - İvitsa Juniç

Azərbaycan Premyer Liqasında çıxış edən daha bir futbolçu ölkəmizi tərk edib.

Apasport.az saytının məlumatına görə, "Qəbələ"nin müdafiəçisi İvitsa Juniç Avstriyaya yollanıb.

32 yaşlı futbolçu bir qədər əvvəl özü feysbuk səhifəsi vasitəsilə hava limanından paylaşım edib. Xorvatiyalı oyunçu Avstriyaya yola düşdüyünü bəyan edib. Ötən ilin yayında "Qəbələ"yə keçən İvitsa Juniçin "qırmızı-qaralar"la müqavilə müddəti başa çatıb.

Qeyd edək ki, dünən "Qarabağ"ın ispaniyalı futbolçuları Xayme Romero və Miçel ölkələrinə gediblər.