13:19 03-07-2020
news_image
70
FUTBOL

“Çelsi” “Bayer”lə danışıqlara başlayacaq – Havertsə görə

İngiltərənin “Çelsi” klubu Kay Havertsi heyətinə qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Almaniyanın “Bayer” klubuna cəlbedici təklif hazırlayır.

“Çelsi” danışıqlara Almaniya kubokunun finalından sonra başlamağı planlaşdırır. İngiltərəlilər bu keçidin baş tutacağına və Bundesliqada mövsümün tapıntısını ələ keçirəcəklərinə əmindir.

Qeyd edək ki, Haverts cari mövsüm Bundesliqada 12 qol vurub.