13:22 03-07-2020
news_image
204
FUTBOL

Koutinyonun nömrəsini seçdi - yeni transfer

"Bavariya"nın yeni transferi Leroy Sanenin forma nömrəsi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, "Adidas" firması tvitter səhifəsi vasitəsilə bununla bağlı video paylaşıb.

Həmin videoda "Mançester Siti"dən transfer edilən vingerin Münhen klubunda 10 nömrəli formanı geyinəcəyi göstərilib. Hazırda həmin formanı "Barselona"dan icarəyə götürülən Filipp Koutinyo geyinir. 10 nömrəni "Bavariya"da uzun müddət Aryen Robben daşıyıb.

Qeyd edək ki, Leroy Sane "Bavariya" ilə 5 illik müqavilə bağlayıb.