13:39 03-07-2020
news_image
263
FUTBOL

5 itkin arasında - Azərbaycan kubokunun finalçısı

Rusiyada gözdən itən 5 futbolçunun siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylov da “beşlik”də yer alıb.

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və kubokun finalçısı vətənində qeybə çəkilib. Rusiyalı həmkarlarımız uzun müddətdir onu axtarır: “Rusiya futbolunun ən böyük istedadlarından birinin indi yalnız 37 yaşı olacaqdı. O, evdəki mundialda da oynaya bilərdi. Amma sonsuz zədələr karyerasını bitirməyə vadar etdi. “Lokomotiv”dən sonra yeddi il Portuqaliyada çıxış edən futbolçu daha çox zədəli oldu, nəinki oynadı. Onun son klubu Moskva “Ararat”ı idi. 2002-ci ildə “Arsenal”a keçməsinə DÇ-dəki uğursuz çıxışı səbəb olan futbolçu karyerasını üzücü şəkildə başa vurub”.

Rusiyalı jurnalistlər Maratın mətbuatla daim soyuq olduğunu və onun haqda hələ 8 il öncə yayılan məlumatları da yada salıb: “Marat heç vaxt jurnalistlərlə ünsiyyətdə yaxın olmayıb, karyerasını bitirəndən sonra isə ümumiyyətlə itib. Onun ətrafında həmişə sirli hadisələr, əsatirlər olub. Məsələn, hələ 2012-ci ildə Vasili Utkin yazırdı: “Belə məlumat var ki, Marat Rusiyada quldurlara pul borcludur. Bu üzdən bura gəlmir. Siz deyin, quldurlardan tez-tez borc alırsınız”. Maratı Rusiyada quldurlarla heç kim görməyib. O, karyerasını 2017-ci ildə səssiz başa vurdu və sadəcə yoxa çıxdı. Agenti Paulo Barbosa deyir ki, İzmaylov dostları ilə hələ də məmnuniyyətlə futbol oynayır, amma əlavə məlumat yoxdur. Ötən il “sport-ekspress” öz mənbələrinə əsasən yazırdı ki, Marat iki şəhərdə - Lissabon və Dubayda yaşayır. Ümumiyyətlə, onunla bağlı suallar həmişə cavablardan çox olub”.

Qeyd edək ki, İzmaylov Azərbaycanda 2013/14 mövsümündə oynayıb.