15:06 03-07-2020
news_image
361
FUTBOL

"Qəbələ" fəaliyyətini davam etdirəcək" - Fariz Nəcəfov

"Qəbələ" fəaliyyətini davam etdirəcək.

Bu barədə apasport.az saytına "qırmızı-qaralar"ın prezidenti Fariz Nəcəfov məlumat verib.

Bölgə təmsilçisinin rəhbəri yalnız büdcənin müəyyənləşdirilməsi ilə bağlı çətinliklərin olduğunu vurğulayıb: "Klub fəaliyyətini davam etdirir. Sadəcə, məlum vəziyyətlə bağlı büdcəni formalaşdırmaq üçün çətinliklər var. İnanıram ki, lazım olan vəsaiti əldə edə biləcəyik".

Nəcəfov yeni mövsümdə komandada baş məşqçi dəyişikliyi olmayacağını da vurğulayıb. O bildirib ki, Elmar Baxşıyev “Qəbələ”ni çalışdırmaqda davam edəcək. 

Qeyd edək ki, "Qəbələ" 2019/20 mövsümünü 8-ci pillədə tamamlayıb.