15:32 03-07-2020
news_image
153
FUTBOL

Azərbaycanla vidalaşdı - "Qarabağ"dan ayrılan futbolçu

Mövsüm başa çatdıqdan sonra "Qarabağ"la yollarını ayıran Faysal Rerras ölkəmizi tərk edib.

Apasport.az saytının məlumatına görə, Mərakeş millisinin sabiq üzvü hava limanından paylaşdığı statusla bunu elan edib.

Yenicə müqaviləsinə xitam verilən sol cinah müdafiəçisi paylaşımında Azərbaycanla vidalaşıb və fransızca "sağ ol Azərbaycan" yazıb.

Qeyd edək ki, Faysal Rerras "Qarabağ"a ötən ilin yayında Fransanın "Bezye" klubundan keçib.