15:56 03-07-2020
news_image
152
FUTBOL

İspaniyaya qayıda bilər - Kepa

"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa vətəni İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı qolkiper "Sevilya"nın maraq dairəsindədir.

İspaniya millisinin üzvü London klubunun baş məşqçisi Frenk Lempardın gələcək planlarına daxil deyil. Bu üzdən onun satışı istisna edilmir. Bundan yararlanan "Sevilya" Kepanı icarəyə götürmək üçün ingilislərə rəsmi təklif göndərib.

Qapıçı özü illik 9 milyon avro maaş tələb edib. Onu həmçinin "Valensiya" da heyətinə qatmaq fikrindədir.