16:21 03-07-2020
news_image
152
FUTBOL

Müdafiəçisini itirdi - "Barselona"

"Barselona"nın müdafiəçisi Samuel Umtiti sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu sol dizində ağrılar hiss edib.

Həkimlər əməliyyata ehtiyac olmadığını bildirib. Oyunçunun müalicəsinə artıq start verilib. 27 yaşlı mərkəz müdafiəçisinin sağalma prosesinin nə qədər çəkəcəyi bilinmir. Ancaq onun çempionatın növbəti turunda "Vilyarreal"la qarşılaşmanı buraxacağı dəqiqdir.

Qeyd edək ki, La Liqanın XXXIV turu çərçivəsində "Vilyarreal" - "Barselona" oyunu iyulun 5-də keçiriləcək.