17:29 03-07-2020
news_image
135
FUTBOL

“Napoli”nin hədəfində - Lukas Moura

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Lukas Moura karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, braziliyalı vinger “Napoli”nin hədəfindədir.

A seriyası təmsilçisi onu əldə etmək üçün Arkadiuş Miliki də sövdələşməyə daxil etməyə hazırdır. Polşalı neapollularla müqaviləni uzatmaq istəmədiyindən klub rəhbərliyi onu satmaq niyyətindədir.

Qeyd edək ki, “Napoli” “Yuventus”un futbolçusu Federiko Bernardeskinin də xidmətində maraqlıdır.