17:53 03-07-2020
news_image
164
FUTBOL

Sançeslə bağlı qərarını verdi - "İnter"

"İnter" hücumçu Aleksis Sançesi transfer etmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, "neradzurra" "Mançester Yunayted"dən icarəyə götürdüyü 31 yaşlı forvardı birdəfəlik almaq arzusundadır.

Milanlılar bu keçid müqabilində qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır. Bununla bağlı klublar arasında danışıqlara start verilib. "Mançester Yunayted" Sançesin avqusta qədər "İnter"də oynamasına icazə verib. Lakin İtaliya klubu Avropa Liqasında 1/4 finala yüksəlsə, Sançes avrokubokda iştirak edə bilməyəcək. Çünki "Mançester Yunayted" onun zədələnmə riskini nəzərə alaraq, buna razılıq verməyib.

Qeyd edək ki, Aleksis Sançes bu mövsüm A seriyasında 13 oyunda iştirak edib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.