22:23 03-07-2020
news_image
144
FUTBOL

“Arsenal”a şərt qoydu – həftədə 250 min funt

İngiltərənin “Arsenal” klubunun futbolçusu Pyer-Emerik Obameyanq London təmsilçisində qala bilər.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı qabonlu hücumçu “topçular”ın qarşısında şərt qoyub.

Obameyanq “Arsenal”dan üç illik müqavilə tələb edir. Afrikalı həftədə 250 min funt sterlinq maaş istəyir.

Pyer-Emerikin indiki anlaşması 2021-ci ilin yayında başa çatacaq. O, hazırda həftəyə 200 min funtdan az qazanır. Amma fərdi və komanda uğurlarına görə əlavə bonuslar da əldə edir.

Qeyd edək ki, Obameyanqla müqavilənin uzadılması “Arsenal” üçün prioritet hədəfdir.