23:15 03-07-2020
news_image
186
FUTBOL

“Fiorentina” namizəd tapdı – baş məşqçi postuna

İtaliyanın “Fioentina” klubunun baş məşqçisi postuna namizədlərdən birinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Florensiya təmsilçisinin sahibi Rokko Kommisso komandanın “sükanı arxası”na Luçano Spallettni gətirməyə qərar verib.

Son oyunlardakı uğursuzluqlardan bezən klub rəhbərliyi indiki baş məşqçi Cüzeppe Yakinini istefaya göndərməyə hazırlaşır. Bu üzdən də Spallettinin namizədliyi gündəmə gəlib.

Qeyd edək ki, italiyalı mütəxəssis karyerası ərzində “Empoli”, “Sampdoriya”, “Venetsiya”, “Udineze”, “Ankona”, “Roma”, “İnter” və Rusiya “Zenit”ini çalışdırıb. O, 2017-ci ildə baş məşqçisi təyin olunduğu Milan təmsilçisini ötən mövsümün sonunda istefaya göndərilib. Lakin 2021-ci ilin iyununa qədər olan müqaviləni pozmaqdan imtina edən Spalletti hələ də “İnter”dən mövsümdə 4,5 milyon avro qazanır.