23:35 03-07-2020
news_image
188
FUTBOL

“Arsenal” müqaviləni uzatdı - hücumçusu ilə

İngiltərənin “Arsenal” klubu futbolçusu Qabriel Martinelli ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi 19 yaşlı hücumçu ilə uzunmüddətli anlaşmanın detallarımı açıqlamayıb.

Braziliyalı legionerin əvvəlki müqaviləsi 2024-cü ilin yayında başa çatmalı idi. İspaniya “Real”ının maraq dairəsinə düşən forvardın yeni anlaşmaya əsasən üç dəfə çox – həftədə 36 min avro qazanacağı bildirilir.

Qeyd edək ki, Martinelli cari mövsümün 26 oyununda 10 qol vurub.