10:04 04-07-2020
news_image
164
FUTBOL

İspan müdafiəçi alır - “Çelsi”

İngiltərənin “Çelsi” klubu mövsümlərarası fasilədə müdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatlına görə, London təmsilçisi İspaniya yığmasının futbolçusu Pau Torresi transfer etmək fikrindədir.

“Vilyarreal”ın 23 yaşlı mərkəz müdafiəçisi “Barselona” və “Arsenal”ın da maraq dairəsindədir. Paunun qiyməti 45 milyon avrodur.

Qeyd edək ki, Torres İspaniya millisində ötən il debüt edib.