12:22 04-07-2020
news_image
104
FUTBOL

Çempionlar Liqası üçün güclənir – “Latsio”

İtaliyanın “Latsio” klubu Çempionlar Liqasının 2020/21 mövsümü ərəfəsində heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi mövsümlərarası fasilədə müdafiəçi transfer etmək niyyətindədir.

Romalılar İngiltərənin “Tottenhem” klubunun futbolçusu Denni Rouza elçi düşüb. 30 yaşlı müdafiəçi cari mövsümün ikinci yarısını icarə əsasında “Nyukasl”da çıxış edir.

Qeyd edək ki, Rouz “Nyukasl”da 9 maç keçirib.