13:15 04-07-2020
news_image
139
STOLÜSTÜ OYUNLAR

Federasiyalara vaxt verdi – FİDE

FİDE Onlayn Olimpiadada iştirak üçün qeydiyyat müddətini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ilk dəfə onlayn formatda keçiriləcək Olimpiadada iştirak etmək istəyən milli federasiyalar iyulun 13-dək qeydiyyatdan keçməlidir.

Top, 2-ci, 3-cü, 4-cü və ehtiyac yaranarsa Baza divizionlarında keçiriləcək yarışda təmsil olunmaq üçün Azərbaycan Şahmat Federasiyası da həmin tarixədək müraciət etməlidir. İştirakçıların qitələr üzrə təmsilçiliyi iyulun 16-da, divizionlar üzrə tam siyahı isə ayın 18-də açıqlanacaq.

Qeyd edək ki, qarışıq komandaların hər birində 6 şahmatçı oynayacaq. Onlardan ən azı ikisi qadın olmalıdır. Hər yığmada 2000-ci və ya daha kiçik təvəllüdlü 1 qız və 1 oğlan yer almalıdır. Bundan başqa hər milli 6 ehtiyat şahmatçı və kapitan sifariş edəcək.