14:47 04-07-2020
news_image
306
FUTBOL

“Qalatasaray”a yeni rəqib – istədiyi hücumçuya görə

Türkiyənin “Qalatasaray” klubunun transfer etmək istəyi Naycel Roberta daha bir komandanın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Rusiya “Lokomotiv”i hazırda Bolqarıstan “Levski”sində çıxış edən solaxay hücumçunu heyətində görməkdə maraqlıdır.

“Dəmryolçular” İstanbul klubunun yeganə rəqibi deyil. Polşa “Legiya”sı və Bolqarıstan “Lüdoqorets"i də 22 yaşlı forvardla bağlı danışıqlar aparır.

Qeyd edək ki, əvvəllər Niderlandda “Kambur” və  “Feyenoord”da oynamış Roberta “Levski”də 11 qol vurub. Niderlandın aşağı yaş qrupları üzrə yığmalarda oynamış Naycel sonradan Kurasao millisinə çağırılıb.