22:11 04-07-2020
news_image
139
FUTBOL

Ronaldodan ilk – 43-cü cəhddən

İtaliya A seriyasının XXX turu “Yuventus”un futbolçusu Kriştianu Ronaldo üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu 2-ci mövsümdür şərəfini qoruduğu Turin klubunda cərimə zərbəsindən ilk qolunu vurub.

“Torino” ilə qarşılaşmaya qədər Ronaldo cərimə zərbəsindən birbaşa qapını nişan almamışdı. 35 yaşlı futbolçu buna matçın 61-ci dəqiqəsində imza atıb.

Portuqaliyalı “Yuventus”dakı 43-cü cərimə zərbəsindən sonra fərqlənib. Əvvəlki 42 cəhd uğursuz alınıb. Bu, onun A seriyasının cari mövsümündə 25-ci qoludur.

Qeyd edək ki, “Yuventus” Turin derbisində 4:1 hesablı qələbə qazanıb.