22:43 04-07-2020
news_image
258
STOLÜSTÜ OYUNLAR

Qalib müəyyənləşdi - Rəcəbovun qrupda qaldığı turnirdə

Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun da qatıldığı onlayn blits şahmat üzrə “Chessable Masters” turnirinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, təmsilçimizin qrupda mübarizəni dayandırdığı turnirin finalında norveçli Maqnus Karlsenlə niderlandlı Aniş Giri üz-üzə gəlib.

150 min ABŞ dolları mükafat fondu olan turnirin həlledici mərhələsinin ilk oyun günündə 3,5:2,5 hesabı ilə qalib olan norveçli ikinci qələbəsini bu gün qazanıb – 2,5:1,5. Hər iki matçda son dünya çempionu üstün olduğundan 3-cü matça ehtiyac qalmayıb.

Bununla da Karlsen özünün təşkilatçısı olduğu tur çərçivəsində ikinci dəfə çempion olub. O, ilk turnirdə də 1-ci yeri tutmuşdu. Digər yarışda isə rusiyalı Danil Dubov qalib adını qazanıb.

Qeyd edək ki, Karlsen turund sonuncu turnir iyulun 21-dən avqustun 5-dək keçiriləcək.