12:35 05-07-2020
news_image
109
FUTBOL

45 milyona satmadı, 25 milyona razılaşır - "Real"

"Real" yarımmüdafiəçisi Hames Rodrigesi mövsümün sonunda satacaq.

Apasport.az saytının məlumatına görə, "kral klubu" Kolumbiya millisinin üzvü ilə bu barədə razılaşıb.

Ötən ilin yayında "Atletiko"nun 45 milyon avroluq təklifini rədd edən La Liqa təmsilçisi ulduz futbolçunu indi ucuz qiymətə satmalı olacaq. 29 yaşlı oyunçunun müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, onun qiyməti 25 milyon avro dəyərində göstərilir.

Qeyd edək ki, hazırda "Arsenal", "Mançester Yunayted", "Everton" və "Vulverhempton" Hames Rodrigesi transfer etmək istəyir.