14:24 05-07-2020
news_image
665
FUTBOL

İsayev üçün mübarizədə qızışdı - "Qarabağ" və "Neftçi"də

Azərbaycan millisinin futbolçusu Aleksey İsayev uğrunda mübarizə qızışır.

Apasport.az saytının məlumatına görə, "Qarabağ" və "Neftçi" son mövsümü "Sumqayıt"da keçirən yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır.

Koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən bahalı legioner almaq çətinləşdiyindən, Premyer Liqa təmsilçiləri üçün ilk seçim məhz İsayevdir. Hər iki klub orta sahədəki alternativləri genişləndirmək üçün yarımmüdafiəçi ilə danışıqları intensivləşdirib. Onun yüksək maaş tələbi ucbatından "Sumqayıt"a dönmək ehtimalı çox azdır.

Qeyd edək ki, Aleksey İsayev 2019/20 mövsümündə Premyer Liqada 11 oyun keçirib.