14:37 05-07-2020
news_image
132
FUTBOL

13 futbolçu koronavirusa yoluxdu - Ukrayna klubunda

Ukraynanın "Metallurq" klubunda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Zaporojye klubu futbolçularının test nəticələri ürəkaçan olmayıb.

Testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxıb. Klubun mətbuat xidməti virusa yoluxanların vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb. Həmin oyunçulardan 5-i xəstəxanaya yerləşdirilib, 8-i isə evində həkim nəzarətindədir.

Qeyd edək ki, Ukrayna birinci liqasının XXIV turunda baş tutmalı olan "Rux" - "Metallurq" oyunu təxirə salınıb.