15:05 05-07-2020
news_image
151
FUTBOL

"Arsenal" 3 oyunçusunu satır - bir transfer üçün

"Arsenal" "Atletiko"nun yarımmüdafiəçisi Tomas Partinin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, "topçular" bu keçidin reallaşması üçün hərəkətə gəlib.

London klubunun rəhbərliyi hətta buna görə 3 futbolçusunu satmağı planlaşdırır. Baş məşqçi Mikel Arteta transferə maliyyə ayırmaq məqsədilə mövsümün sonunda Aleksandr Lyakazett, Lukas Torreyra və Metteo Qenduzi ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Tomas Parti 2015-ci ildən əsas komandada çıxış edir. O, müxtəlif illərdə "Malyorka" və "Almeriya"da icarə əsasında oynayıb.