22:21 05-07-2020
news_image
101
FUTBOL

Mane və Salah üçün əlamətdar - biri qol, biri assistə görə

İngiltərə Premyer Liqasının XXXIII turu "Liverpul"un hücumçuları Məhəmməd Salah və Sadio Mane üçün düşərli olub.

Apasport.az saytının məlumatına görə, "Aston Villa" ilə qarşılaşmada biri məhsuldar ötürmə, digəri isə qolla yadda qalıb.

Görüşdə hesabı açan Mane cari mövsüm bütün turnirlərdə qollarının sayını 20-yə çatdırıb. Seneqallı forvard ardıcıl 3-cü mövsümdə 20 qol həddinə çatmağı bacarıb. 28 yaşlı oyunçu bundan əvvəlki mövsümlərdə müvafiq olaraq 20 və 26 qol vurub.

İkinci qolun məhsuldar ötürməsini verən Salah isə Premyer Liqada qol+ötürmədə 100-cü xalını qazanıb. Ona 73 ötürmə, 27 assist üçün 116 görüş kifayət edib. Salah Premyer Liqada 100 xal həddinə ən tez çatan ikinci oyunçu olub. Bu mənada rekord "Nyukasl" əfsanəsi Alan Şirerə məxsusdur. İngiltərəli 100 oyunda qol+ötürmə sayını 100-ə çatdırıb.

Qeyd edək ki, "Liverpul" "Aston Villa" üzərində 2:0 hesablı qələbə qazanıb.